!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərqin ilk demokratik cümhuriyyəti... - Türkiyədən AXC ilə bağlı maraqlı paylaşım - VİDEO

!Reklam – Yazi

Avrasiya İqtisadi Münasibətlər (Eko Avrasiya) dərnəyinin sədri Hikmet Eren Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci il dönümü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, Hikmet Eren paylaşımda qeyd edib:

“Şərqin ilk demokratik respublikası olaraq qəbul edilən və 28 May 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci il dönümünü şərəf və qürur hissi ilə qeyd edirik…

Türk dünyasının güclü və köklü ölkəsi, Qafqazın incisi olan qardaş Azərbaycanın “Respublika Günü”nün qeyd edirik; Bir dəfə yüksələn ay ulduzlu bayrağın əbədi dalğalanmasını, müstəqillik məşəlinin qiyamətə qədər yanmasını və Azərbaycan ilə Türkiyə arasında illərdir davam edən qardaşlıq bağının eyni sevgi və coşğuyla davam etməsini diləyirik.

Bu münasibətlə, xüsusilə həyatlarını Azərbaycanın müstəqilliyinə həsr edənlərə; Azərbaycanın inkişafında əməyi olanlara, bölgənin əmin-amanlığına və sabitliyinə töhfə verənlərə və bu məqsədlə şəhidlik qazanan qardaşlarımıza minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv