“Aktyorun hansısa şərt irəli sürüb-sürməməsi onun statusundan asılıdır…”
Bu sözləri Yenicag.az-a açıqlamasında aktyor Rüfət Nəzər deyib.
O, çəkiliş öncəsi aktyorların hər hansı şərt irəli sürməsi ilə bağlı sualımızı cavblandırıb. Aktyor özünün də müəyyən şərtləri olduğunu açıqlayıb:
“Məsələn, mən öncədən bilməliyəm, tərəf müqabilim kimdir, proyekt harada yayımlanacaq və s… Bunlar mənim üçün çox vacib şərtlərdir.
Tutalım, aktrisa şərt kəsə bilər ki, mən çəkilməyə razıyam, amma yalnız sinəyə qədər soyuna bilərəm, öpüş səhnəsi olmasın, yaxud da əksinə… Bir misal çəkim, mənə öncədən deyilib ki, ssenariyə görə, fevral ayında soyuq suya girməli olacaqsan. Mən də qabaqcadan çalışmışam xırdalıqları dəqiqləşdirim ki, o soyuq sudan sonra hazırlıqlar, səhhətimin qorunması necə təmin olunacaq və s.
Azdan-çoxdan tanınırıq deyə, bəlkə də ona görə müəyyən şərtlər irəli sürə bilərik. Yəni aktyorun hansısa şərt irəli sürüb-sürməməsi onun statusundan asılıdır. Tutalım, yeni universitet bitirən, yaxud da heç tanınmamış bir şəxs hətta debütündə gəlib şərtlərini sadalasa, təbii ki, qəbul olunmayacaq. Ona deyəcəklər, sən o qədər də maraqlı deyilsən və şərtinə əməl olunmayacaq. Yeniyetmələr o şərti irəli sürə bilməz”.
Cəvahir
www.yenicag.az