Şərurda evlərdən oğurluq edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Şərur rayonunda oğurluq hadisəsi  baş verib. Rayonun Tumaslı kəndində  yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və  310 manat  pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib. 

Yenicag.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda  ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat  pul vəsaiti oğurlanması da məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən  430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa