!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş sürücü qəza törətdi - Yaralananlar var

!Reklam – Yazi

Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Nərəcan kəndi ərazisində gecə saat 23:00 radələrində qeydə alınıb.

Yolda hərəkətdə olan “VAZ-21015” avtomobili əvvəlcə traktor, daha sonra “Shacman” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Qəza zamanı “VAZ-21015” avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu deyilir.

Hadisədə xəsarət alan 1962-ci il təvəllüdlü Xəlilov Fətulla Sədulla oğlu alt çənə və üz nahiyəsinin açıq yırtığı, 1992-ci il təvəllüdlü Həsənov Yüksəl Soltanəhməd oğlu alt dodağın və döş qəfəsinin əzilməsi və 1959-cu il təvəllüdlü Seyidov Seyidşah Buxsay oğlu alın nahiyəsinin cırılması və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin tibbi yardım aldıqdan sonra Y.Həsənov və S.Seyidov ambulator müalicəyə göndəriliblər./Trend/

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv