ŞƏT-də böyük BAZARLIQ: Dehli Bakını, İslamabad İrəvanı “KƏSDİ”

media-hightechnic-468x90

“Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci liderlər sammiti kifayət qədər rəngarəng keçdi. Avropa İttifaqı formatında reklam və ailə fotosunun ön planda tutulması, Trampın 2 aprel tarixində açıqladığı “Amerikanı xilasetmə əməliyyatı”nda Çini hədəf alması Şanxay Əməkdaşlıq Təşkilatının toplantısının diqqətləri daha da üzərinə çəkməsinə səbəb oldu”.

Bunu Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

O, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzv olmasına Hindistanın veto  qoymasının səbəblərini və Bakı-Dehli münasibətlərindəki gərginliyi şərh edib.

H. Oktayın sözlərinə görə, Putinin bu toplantıya 4 gün ayırması isə Çin lideri Si Cinpin dən sonra ən çox diqqətçəkən lider olmasına gətirib çıxardı:

“Bununla yanaşı, Ermənistandan və Azərbaycanın toplantıya qatılması, Azərbaycanın “dialoq tərəfdaşı” formatından çıxaraq üzv olmaq üçün müraciət etməsi, lakin bu müraciətin Hindistan tərəfindən veto edildiyi ilə bağlı xəbər sammitə kölgə saldı. Hindistanın Azərbaycanı, Pakistanın isə Ermənistanı veto etməsi, əslində, Hindistan ilə Pakistan arasındakı rəqabətin və çəkişmənin Şanxay Əməkdaşlıq Təşkilatı daxilində də özünü göstərdiyini ortaya qoydu”.

Müsahibimizin fikrincə, Ermənistan və Azərbaycanın təşkilata üzvlüyü hər nə qədər Hindistan və Pakistanın aralarındakı rəqabət bəhanəsi ilə əngəllənsə də, əslində, Hindistanın Azərbaycanla bağlı mövqeyinin arxasında Hindistan-Rusiya münasibətləri və bunun nəticəsi olaraq Putinin Modiyə təsiri fikri ön plana çıxır:

“Hindistan Azərbaycanın Pakistanla əlaqələrini əsas gətirərək veto edərkən, Pakistan da Ermənistanı veto etməklə hər iki Cənubi Qafqaz ölkəsinin təşkilata üzvlük müraciətlərini bloklamış oldu. 8 avqustda ABŞ-də Trampın vasitəçiliyi ilə keçirilən Ermənistan-Azərbaycan görüşü də, əslində, bu iki dövlətin vetosuna zəmin yaradan amillərdən biri oldu. Tramp Şanxay Əməkdaşlıq Təşkilatını və onun ən mühüm dövləti olan Çini hədəf alarkən, təşkilat da yaxın zamanda Tramp ilə eyni fotoda görünən Ermənistanı və Azərbaycanı veto etməklə bir növ reaksiyasını göstərmiş oldu”.

Analitik hesab edir ki, burada Türkiyənin prosesə girərək Ermənistan-Azərbaycan-Türkiyə üçlü sülhünü təmin etməsi, Trampın “yol” adlandırdığı strategiyanın kənarda qalmasına səbəb olması və Cənubi Qafqazı Şərq-Qərb oxunda bir tranzit dəhlizinə çevirməsi istiqamətində addım atması gözlənilir:

“Onsuz da Şanxay toplantısında Ermənistan, Azərbaycan və Türkiyə birinci xanımlarının birgə verdiyi foto bu sülh anlaşması üçün çox mühüm zəmin yaratdı. Əgər İstanbulda Ərdoğan-Paşinyan-Əliyev görüşü 20 iyunda baş tutmuş olsaydı, bəlkə də bu gün həm Ermənistan, həm də Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilərdi. Cənubi Qafqazda sabit bir sülhün təmin edilməsindən sonra isə Ermənistan və Azərbaycanın regiondakı təsiri daha da artacaq, həm Qərb, həm də Şanxay Əməkdaşlıq Təşkilatı bu iki dövlətə daha çox etibar göstərəcək”

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa