Səudiyyə Ərəbistan daha bir qətl xəbəri ilə çalxalanır

Səudiyyə Ərəbistan jurnalist Camal Qaşıqcının öldürülməsindən sonra ikinci bir qətl xəbəri ilə çalxalanır.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın başlatdığı və 500 milyard dollarlıq bir meqa şəhər layihəsi olan Neom şəhərinin inşa ediləcəyi bölgədə Əl-Hovetinin evini tərk etmək istəməməsi səbəbiylə Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü iddia edilir.

Ərəb mətbuatının verdiyi məlumata görə, Ürdün ilə sərhədə yaxın bölgədə yaşayan Əl-Hovetiyə səlahiyyətli şəxslər yaşadığı yerdən ayrılmalı olduğu xəbərdarlığını edib. Hakimiyyətin təzyiqlərinə müqavimət göstərən Əl-Hovetinin Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirilir.

Ərəb mediası da məlumatın Səudiyyə rəsmiləri tərəfindən təsdiqləndiyi xəbərini yayıb. Xəbərdə Əl-Hovetinin təhlükəsizlik qüvvələrinə atəş açdığı və Molotov kokteyli atdığı qeyd edilib. Təhlükəsizlik qüvvələrinin təslim çağırışına müqavimət göstərən Əl-Hoveti vurulduğu bildirilib.

Neom layihəsi isə Səudiyyə Ərəbistanının Tabuk bölgəsində planlaşdırılan bir şəhərdir. Layihə ilk dəfə 24 oktyabr 2017-ci ildə Şahzadə Məhəmməd ibn Salman tərəfindən elan edilib.