Səudiyyə Ərəbistanı: “Qətər böhranının həlli sadədir”

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cubeyr, Qətər ətrafında yaranan diplomatik problemlərin həlli üçün ölkəsinin şərtlərini açıqlayıb.

Yenicag.Az xarici KİV-ə istinadən xəbər verir ki, xarici işlər naziri Qətərin radikal və terror təşkilatlara dəstək verdiyini, problemli sitüasiyanın məhz bundan qaynaqlandığını bildirib. Nazir, böhranın həll yolunun sadə olduğunu vurğulayıb:

“Bu böhranın həllinin sadə olduğuna inanırıq. Qardaş Qətər dövləti radikal davranışlardan, terrorizmə verdiyi dəstək verməkdən və digər ölkələrin daxili işlərinə müdaxilə etməkdən imtina edərsə, bu problem də həll olunacaqdır.”

Qeyd edək ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla yeddi ölkə Qətərlə diplomatik əlaqələrini dayandırıb. Həmçinin Səudiyyə ərəbistanı Qətərlə olan sərhədini bağlayıb.

Yenicag.az