Pentaqon cümə axşamı Quantanamo hərbi həbsxanasından 4 məhbusun Səudiyyə Ərəbistanına köçürülməsi faktını rəsmən təsdiq edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, Ər-Riyada Səlim Əhməd Hadi ibn Kanad, Sadiq Əbu Qənim, Abdulla Yəhya Yusif əş-Şibli və Məhəmməd Əli Abdullar Bvazir təhvil verilib.
Səlim Əhməd Hadi ibn Kanad 2002-ci ildə Əfqanıstanda ABŞ-a əsir düşüb. O, Yəməndən Əfqanıstana gələrək “Taliban”a qoşulub və ABŞ-a qarşı vuruşub.
Əbu Qənim “Əl-Qaidə”nin üzvü olub və Üsamə bin Ladenin mühafizəçisi işləyib.
Məhəmməd Bvazir və Əş-Şibli də “Əl-Qaidə”nin üzvü olub və Amerika əsgərlərinə qarşı vuruşduqlarını etiraf ediblər.
Yeniçağ.Az
www.yenicag.az