!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanından TARİXİ TƏŞƏBBÜS: Yəmən münaqişəsinə son qoyulur

!Reklam – Yazi

Rəsmi Ər-Riyad regionda uzun müddətdir davam edən daha bir qanlı münaqişənin aradan qaldırılması üçün hərəkətə keçib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Omanın birləşmiş nümayəndə heyəti münaqişəyə son qoyulması yollarını müzakirə etmək üçün Yəmənə göndəriləcək.

Məlumata görə, heyətin Yəmənin paytaxtı Sənaya səfəri gələn həftəyə planlaşdırılır.

Qeyd edilir ki, heyətin əsas missiyası Yəmənin hökumət qüvvələri ilə üsyançı husilər arasında bu Ramazan ayı ərzində atəşin dayandırılmasına, ilin sonuna qədər isə münaqişənin tam həllinə nail olmaqdır.

Xatırladaq ki, bu, xüsuilə, son dövrlərdə xarici siyasətini kifayət qədər intensivləşdirən Səudiyyə Ərəbistanının regional sabitliyin təmin olunmasına yönəlik növbəti təşəbbüsüdür.

Ər-Riyad bundan əvvəl aralarında ciddi siyasi-diplomatik qarşıdurma olan İranla münasibətlərin normallaşdırılmasına razılıq verməklə, regionda yeni düzən yaratmaq niyyətinin ciddiliyini nümayiş etdirib.

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv