Sevgililər günü ilə bağlı Prezidentə müraciət edildi

media-hightechnic-468x90

evez zeynalli fgv4“İyunun 25-də cənab prezident İlham Əliyevə müraciət edərək, xahiş etmişəm ki, 30 iyun sevgililər gününün əbədiləşdirilməsi istiqamətində addımlar atılsın”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirdi: “Bu dəfə 13-cü ildir ki, sevgililər gününü qeyd edirik. İyunun 30-u əziz şəhidlərimiz İlham və Fərizə Allahverdiyevaların toy günlərinin ildönümüdür. Onların 1989-cu ilin iyunun 30-da toyları olub. Hər il olduğu kimi, bu dəfə də Sevgililər günü ilə bağlı ilk olaraq, “Xüdafərin” şadlıq evində tədbirlə başladıq. 30 iyun, saat 19.00-da isə Şəhidlər Xiyabanında gəzinti oldu və İlhamla Fərizənin məzarını ziyarət etdik”.

Əvəz Zeynallı qeyd edib ki, “Bu ayın 25-də cənab prezident İlham Əliyevə müraciət edərək, xahiş etmişəm ki, 30 iyun sevgililər gününün əbədiləşdirilməsi istiqamətində addımlar atsın. Hesab edirik ki, Sevgililər günü təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının ən önəmli bayramlarından biridir”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600