Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sevgilisi və qardaşı danışdı - Fərhad Poladovun düşdüyü qəzadan DƏHŞƏTLİ VİDEO - TƏFƏRRÜAT

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun hadisə yerindən görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladov ağır yaralı halda görüntülənib.

Dünya çempionun qardaşı Kamran Poladov Unikal.org-a qəzanın təfərrüatlarını danışıb:

“Subay oğlan idi. Fərhad uzun müddət idi ki, avtomobil idarə edirdi. Bu barədə danışmaq çox çətindir. Qəzada onun daxili orqanları dağılmışdı. Sonra o, iki gün xəstəxananın reanimasiya şöbəsində qaldı. Həkimlər əməliyyat etdilər. Göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı”.

Fərhad Poladovun sevgilisi Ülkər Abbaslı “İnstagram” səhifəsində onunla bağlı paylaşım edib.

Qeyd edək ki, iyulun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb. F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

www.yenicag.az

15438