“Sevil Massivi” MMC ilə bağlı şok iddia

media-hightechnic-468x90

images (2)Aldadılan payçılardan şok iddia, «ora bir məmurun gözü düşmüşdü…»

Vətəndaşlara pullarının əvəzinə Sonalı adlanan ərazidən torpaq verilsə də, sənədləşdirilmir

“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) aldatdığı payçıların problemlərinin həlli ilə bağlı yaradılan komissiya payçıların bəzilərinə pul, bəzilərinə torpaq verir. Tərkibi Abşeron rayon İcra Hakimiyyətinin və Hökməli Bələdiyyəsinin üzvlərindən ibarət olan bu komissiyanın fəaliyyəti payçıların böyük bir hissəsini razı sala bilməyib. Belə ki, komissiyanın üzvləri, xüsusən Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucovun qəbul etdiyi payçılara verdiyi “pulunuz qaytarılacaq” vədi özünü doğrultmur.

Payçılardan Samirə Əfəndiyeva iddia edir ki, vətəndaşlar yenidən aldadılır: “Çox maraqlıdır ki, komissiya “Sevil Massivi”ndə torpaq alanlardan bəzilərinə pul vermək əvəzinə Sonalı adlanan ərazidən torpaq təklif etdilər. Payçılara deyildi ki, Sonalıda tikinti davam edəcək, buradakı evlər sökülməyəcək. Bu təkliflə razılaşan “Sevil Massivi”nin payçılarına bir hektarı 500 manatlıq torpağı 2-3 min manatdan hesablayıb verdilər. Amma sənəd verilmədi. Payçıları aldatılar ki, ora sökülməyəcək. Amma indi deyirlər ki, ora da söküləcək. Hətta orda torpağı olanlardan pulunu geri alanlar da olub. Bizi problemdən çıxardıb problemin içinə salırlar”.

“Sevil Massivi”nin rəhbərliyinə cinayət işi açılandan sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola, nə də ödədikləri vəsaiti geri ala bilirlər.

Payçıların araşdırmasına görə, rəhbərliyə cinayət işinin açılmasında məqsəd başqa olub.

“Araşdırdıq. “Sevil Massivi”ndə yaşamaq ona görə olmaz ki, yüksək vəzifəli şəxslərdən biri həmin ərazini özününküləşdirmək istəyib. “Sevil Massivi”ndə gah dedilər vulkan püskürə bilər, gah dedilər neft tapıblar, gah da bildirdilər ki, ora əhalinin yaylaq yeridir. Həqiqət budur ki, ora yüksək vəzifəli məmurlardan birinin gözü düşüb. İstəmədilər ki, biz rahat yerdə yaşayaq. “Sevil Massivi”ndə su, işıq, kanalizasiya və qaz xətləri, eləcə də asfalt yol çəkilmişdi”, deyə payçı Vahid Əliyev bildirdi.

Bir müddət əvvəl “Sevil Massivi” MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunub. Hər iki şəxs “qanunsuz sahibkarlıq” və “vergi ödəməkdən yayınma”da ittiham olunurlar.

Baş Prokurorluq məlumat verir ki, Vergilər Nazirliyi “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər. O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.

İstintaq hesab edir ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.

(bizimyol.info)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600