““Şəxsi İnkişaf Akademiyası”” layihəsinə start verildi-Foto
“İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə ““Şəxsi İnkişaf Akademiyası”” layihəsinə start verdi.
Bakı şəhərində respublikanın 11 regionunu və Bakıda fəaliyyət göstərən10 ali təhsil müəssisəsini təmsil edəcək 40 gəncin iştirakı ilə “Şəxsi İnkişaf Akademiyası” baş tutacaq.
Qeyd edək ki, layihə noyabr – noyabr 2014-cü il tarixləri aralığında davam edəcək.
Akademiya region və paytaxt gənclərinin inkişafına sistemli yanaşmanı əsas tutan təlim sessiyalarını əhatə edir.
“Şəxsi İnkişaf Akademiyası” regionlarda və universitetlərdə “İRƏLİ” İctimai Birliyinin nəznində fəaliyyət göstərəcək koordinatorluqların, eləcədə ali təhsil müəsissələrində fəaliyyət göstərəcək gənclərin idarəetmə qabiliyyətlərinin artırılmasına, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik pirinsipləri əsasında, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının artırılmasını təmin edəcək. “Şəxsi İnkişaf Akademiyası” koordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılması üçün təşkil olunacaq.