Şeynbaum onları ABŞ-Meksika münasibətlərini pozmaqda günahlandırdı

media-hightechnic-468x90

Meksika Prezidenti Klaudia Şeynbaum hesab etmir ki, ABŞ lideri Donald Tramp şəxsən Latın Amerikası respublikasına qarşı hücumların arxasında dayanır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, ikitərəfli münasibətləri pisləşdirməyə yönəlmiş cəhdlərin məsuliyyətinin ABŞ və Meksikadakı ultra-sağ dairələrin üzərinə düşdüyünü bildirib.

“Prezident Trampın məhz bu hücuma rəhbərlik etdiyinə inanmıram. Məncə, bu, ABŞ-dəki ultra-sağ sektorun işidir. Onlar [ABŞ və Meksika arasında] yaxşı münasibətlərin olmasını istəmirlər, bizim hökumətimizlə ideoloji səbəblərə görə razılaşmırlar”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, xaricdəki bu qruplar Meksikadakı ultra-sağ qüvvələrlə birləşərək humanist siyasətə, sosial təminat proqramlarına və dövlət təhsilinə yatırımlara qarşı çıxırlar.

Prezident əlavə edib ki, Meksika Vaşinqtonla bütün sahələrdə konstruktiv dialoqun qorunmasına və vətəndaşların rifahı, ikitərəfli ticarətin inkişafı naminə ortaq məqamların axtarılmasına çalışır. O həmçinin vurğulayıb ki, iki ölkənin müvafiq qurumları arasında daimi kommunikasiya mövcuddur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05