Şeyxin qeyri-adi həyatı-Foto
Dubay şeyxinin 32 yaşlı varisi Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktumun fotoları yayılıb.
Yenicag.az xəbər verir ki, şahzadə sosial şəbəkədə paylaşdığı fotolarla olduqca məşhurdur.
Şeyx Hamdan Instagram ulduzları arasında yer alır. Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktumun İnstagram-da 500 min təqibçisi var.
Dubay Şahzadəsi Şeyx Hamdanın maraqlı və zəngin həyatı insanları heyrətləndirir. O, adrenalin dolu həyat yaşayır və həyatdan zövq almaq üçün bir çox çətin sınaqdan keçir.
Təyyarədən aşağı tullanmaq, dünyanın ən hündür binasının üzərində selfi çəkdirmək, hündürmərtəbəli bina üzərində saat təmir etmək şəhzadənin bu günə qədər etdiyi cəsarətli hərəkətlərindən bir neçəsidir.