“Sığortalar Azərbaycan xalqının qanını sorur”

media-hightechnic-468x90

azvisionoqtayMilli Məclisin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edib. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır:

“Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən problemlər mövcuddur:

“Bu gün sığorta sahəsində ciddi problemlər var. Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600