Silah anbarında partlayış – Video

Ukraynada silah anbarında partlayış baş verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Vinnitsa vilayətinin Kalinovka qəsəbəsində yerləşən “Yaquar” adlı hərbi bazada qeydə alınıb.

188 min tonluq silah-sürsatın olduğu anbarda “Smerç”, “Uraqan” və “Qrad” raketlərinin mühafizə olunduğu bildirilir.

Qeyd edək ki, mart ayında Xarkovda da yerləşən digər silah anbarında da yanğın çıxıb, minlərlə insan təxliyyə edilib. Bundan başqa daha əvvəl Mariupoldakı silah anbarında da ciddi yanğın qeydə alınıb.