Zelenski ölkədə prezident seçkilərinin keçirilməsindən danışdı
ABŞ hazırda Ukraynada yalnız prezident seçkilərinin keçirilməsini tələb edir; o, Ali Rada və ya yerli seçkilərdə israr etmir. Vladimir Zelenski bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, Zelenski ABŞ-yə seçkilər hazır olduğunu dediyini bəyan edib.
“ABŞ yalnız prezident seçkiləri ilə bağlı soruşdu və mən onlara bu seçkilərə hazır olduğumu dedim. Biz Rada və ya yerli seçkiləri nəzərə almadıq”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi ilə bağlı qanunvericiliyin hazırlanmasında hələlik heç bir irəliləyiş yoxdur. “Bildiyim qədəri ilə hələlik heç bir irəliləyiş yoxdur, amma mən bütün siqnalları onlara çatdırmışam”, – Ukrayna lideri bu məsələ ilə bağlı suala cavab olaraq bildirib.
Zelenski həmçinin seçicilərin xaricdən səs verməsinə icazə verilməsinin lehinə danışıb, lakin Ali Radadakı müxalifətin buna qarşı olduğunu etiraf edib.
“Koronavirus pandemiyasının başlanğıcından bəri insanların onlayn səs verməsinə icazə vermək üçün qanunun dəyişdirilməsi məsələsini həmişə qaldırmışam və dəstəkləmişəm. İndiyə qədər parlamentarilərlə ortaq məxrəcə gəlməmişik”, – deyə o bildirib.












