Bir addım irəli, iki addım GERİ: "Kreml öz ambisiyalarından əl çəkməsə..."

media-hightechnic-468x90

“Rusiya Pokrovskidən sonra yeni işğal planı həyata keçirəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.

O bildirib ki, Rusiya və Ukrayna qoşunlarının Pakrovski istiqamətində döyüşləri davam edir:

“Ən son etibarlı mənbələrdən görüntülər təqdim edilən xəritələr onu deməyə əsas verir ki, Pakrovski istiqamətində Rusiyanın üstünlükləri qoruyub saxlanılır. Ukrayna qoşunlarının Pokrovski və Mirnoqorod istiqamətində mühasirəsi davam edir. Rusiya Pokrovskini tamamilə ələ keçirdikdən sonra hansı addımları ata bilər? Bu sual müharibə qaydaları baxımından hərbi əməliyyatlar cəhətdən bir məsələni önə çıxarır. Rusiya Pokrovskini tamamilə tutsa, yeni əməliyyat şablonu hazırlayacaq. Əməliyyat şablonunda Rusiya başqa istiqamətlərə doğru irəliləyişlər təmin edəcək bir planı dövriyyəyə sala bilər”.

A. Kərimov Ukraynanın bundan sonrakı dövrdə də Rusiyanın hücumlarına ciddi cavab verəcəyini diqqətə çatdırıb:

“Lakin Rusiyanın Ukraynadakı irəliləyişlərinə mane ola biləcək hadisələr baş verir. Birincisi, Rusiyanın sualtı gəmilərinə qarşı Ukrayna dronları hücum edir. İkincisi, Rusiyanın Xəzər dənizindəki enerji infrastrukturuna Ukrayna zərbələr endirir. Bu, Rusiyanın diqqətinin yayınmasına gətirib çıxarır və onun müharibədəki məqsədlərinə nail olmaq üçün səylərini parçalayır. Bununla belə, Rusiyanın Ukrayna ərazilərindəki hərbi kampaniyası əsaslı şəkildə dəyişikliyə məruz qalmayıb. Putin də ötən gün MN-nin iclasında bir daha müharibə ilə bağlı öz ambisiyalarını təkrarladı. Rusiyanın öz sərhədlərində baş verən hadisələr Ukraynanın Rusiya daxilində apardığı əməliyyatlar, Rusiyanın Ukraynadakı əməliyyatlarına təsir etsə də, elə də əhəmiyyətli nəticələr ortaya qoymur. Biz bunu Kursk döyüşlərində də şahid olduq. Ondan əvvəl Priqorskidə də məsələ özünü aydın göstərdi. Kreml öz ambisiyalarından əl çəkməsə və böyük zərbələrlə üzləşsə də, onun Ukraynadakı müharibə kampaniyasında irəliləyişlər əldə edəcəyi çətin görünür.”

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa