Müharibə uzandıqca aqressivləşən PUTİN: "Yaranan vəziyyət Rusiya üçün xoş olmadığına görə..."

media-hightechnic-468x90

“Avropa İttifaqı ölkələri buna birmənalı şəkildə “yox” deyirlər”.

Bunu Rusiya Prezidenti Vladimir Putinin son günlər sərt bəyanatlarla çıxış etməsinin səbəblərini şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.media-turan_rzayev

T. Rzayev bildirib ki, Putinin belə çıxışları başadüşüləndir:

“Faktiki olaraq işğal siyasəti aparan Rusiya Prezidenti var. Mövcud vəziyyət hazırda Rusiyanın əleyhinə inkişaf edir. Avropa İttifaqı ölkələri isə ümumilikdə müharibənin bu mərhələdə bitməsini istəmirlər.

Məsələn, ABŞ Prezidenti Donald Tramp sülh sazişi təklif edib. Bu sazişin qərəzli olması ayrı bir məsələdir. Lakin Avropa İttifaqı ölkələri buna birmənalı şəkildə “yox” deyirlər. Hətta Ukraynanı müharibənin davam etməsi istiqamətində təşviq etdiklərini də demək olar.

Əgər Avropa İttifaqının bu mövqeyi və Ukraynanın arxasında dayanması olmasaydı, böyük ehtimalla, rəsmi Kiyev artıq təslim olar və ABŞ-nin təkliflərini birmənalı şəkildə qəbul edərdi. Ancaq Ukrayna Prezidenti Vladimir Zelenskini dəstəkləyən Avropa ölkələri mövcuddur. Dəstək fonunda Ukrayna rəhbərliyi müharibəni davam etdirməkdə qərarlıdır. Yaranan vəziyyət Rusiya üçün xoş olmadığına görə Putin indi daha aqressiv mövqe sərgiləyir”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa