Silahlar hələ tam gəlməyib, ancaq nəticə var - Ukrayna
ABŞ-ın vəd etdiyi silahlar cəbhə xəttinə gəlməyə başlayıb, lakin bu, rus hərbçiləri dərhal geri çəkmək üçün kifayət etməyəcək.
Yenicag.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant İvan Qavrilyuk “Teleqraf”a açıqlamasında deyib.
O bildirib ki, artilleriya mərmiləri daxil olsa da, texnika və sursatların əksəriyyəti hələ yoldadır:
“Gəmiləri yükləmək üçün vaxt lazımdır, sonra onlar Atlantik okeanını keçməli olur. Ancaq biz artıq nəticələri görürük”.
“Daha çox təchizat əlavə olunduqca, bu boşluq daralacaq”.