Rusiya sərhədçilərinin Ermənistan sərhədlərində olmasının məqsədəuyğunluğundan danışarkən, sərhədlərin ifşa edilməsinin (Rusiya sərhədçilərinin çıxarılması nəzərdə tutulur – red.) ölkənin təhlükəsizliyinə necə təsir edəcəyini düşünmək lazımdır.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhədlərdə olmasının məqsədəuyğunluğu barədə düşünməli olduğu bəyanatına cavab verib: “Görünür, Alen Simonyan Nikol Paşinyanın mətbuat konfransını diqqətlə izləməyib”.
Diplomat xatırladıb ki, iki ölkənin sərhəd mühafizə xidmətləri tərəfindən genişmiqyaslı və səmərəli əməkdaşlıq həyata keçirilir: “Görünür, bu, İrəvandakı bəzi siyasətçiləri qıcıqlandırır”.
Zaxarova həmçinin qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır: “30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının vacibliyini dəfələrlə təsdiqləyiblər. Sərhədçilərin Ermənistan ərazisindən çıxarılması respublikanın təhlükəsizliyinə mənfi təsir göstərəcək”.
XİN nümayəndəsi onu da qeyd edib ki, Ermənistan parlamentinin sədri belə məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəli deyil. Onun sözlərinə görə, bu məsələdə yumşaq kreslolarda əyləşənlərə deyil, Ermənistanın sərhədini həqiqətən qoruyanlara səs vermək lazımdır./unikal
www.yenicag.az