Simonyanla Sahibə Qafarova Cenevrədə görüşəcəklər

media-hightechnic-468x90

“Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər”.

 

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.

“Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək”, – o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa