İran üçün kritik mərhələ: Zərbələr davam edəcək, növbədə quru əməliyyatıdır?

media-hightechnic-468x90

“ABŞ İranı kapitulyasiyaya məcbur etməsə, İran–Çin bloku Vaşinqton üçün ciddi təhdidə çevrilə bilər”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq ABŞ-nin Respublikaçılar Partiyasından olan senatoru Tim Şihinin Senatdakı çıxışı zamanı Donald Trampın İrana qarşı yürütdüyü hərbi xətti dəstəkləməsini şərh edərək Ağ Ev üçün münbit şəraitin yarandığını vurğulayıb:

“Artıq Amerikanın İranı kapitulyasiyaya məcbur etmək planı var. Müharibənin bitməsinin 40 günü tamam olmadan memorandumun imzalanması bir növ İrana da müəyyən imkanlar tanımışdı. Bu imkanlar ABŞ və İran arasında əməkdaşlığı özündə ehtiva edirdi. Lakin göründüyü kimi, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna mane oldu və Trampın İranla siyasi-iqtisadi əlaqələri inkişaf etdirməsinə imkan vermədi. Hazırkı hərbi eşkalasiyada məhz İranın hərbi rəhbərliyi məsuliyyət daşıyır”.

Ekspert vurğulayıb ki, Vaşinqton hərbi təzyiqləri daha da artıracaq:

“ABŞ İrana qarşı hərbi zərbələr endirməkdə dəvam edəcək. Əgər Tehran Amerikanın şərtlərinə uyğun saziş bağlamağa razı olmasa, növbəti mərhələdə quru əməliyyatları kaçılmaz olacaq ki, Senat da artıq buna yaşıl işıq yandırıb. Əgər İran indiki vəziyyətdə nəzarətsiz buraxılarsa, İran–Çin bloku daha da güclənəcək. Bu yaxınlaşma isə Amerikanın Yaxın Şərqdəki strateji maraqlarını birbaşa təhdid edir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05