Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sinabunq vulkanı külü 2000 metr hündürlüyə püskürdü

Aprelin 4-də İndoneziyanın Şimali Sumatra əyalətində yerləşən Sinabunq dağındakı vulkan 2000 metr hündürlüyə kül püskürüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat verən Sinabunq monitorinq məntəqəsinin rəhbəri Armen Putra kül buludunun şərq və cənub-şərq istiqamətində yayıldığını bildirib.

“Bu gün püskürmə seysmoqram tərəfindən maksimal amplituda da – 5 dəqiqə 31 saniyə müddətində 73 millimetr gücündə qeydə alınıb”, – deyə o, bildirib.

Hazırda 2460 metr hündürlükdə olan Sianbunq dağında III dərəcə həyəcan təhlükəsi elan edilib.

Vulkanın püskürməsi ilə əlaqədar yerli fermerlərdən 3 kilometr radiusda kənd təsərrüfatı işlərini dayandırmaları xahiş edilib.

Həmçinin, kül yağışı olacağı təqdirdə sakinlərə evdən çıxarkən tibbi maskalardan istifadə etmələri tövsiyə olunub./AZƏRTAC/

Loading...

www.yenicag.az

109
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100