Sinifdə müəllimin meyiti tapıldı

media-hightechnic-468x90

qadinCənubi Kaliforniyanın orta məktəblərinin sinif otaqlarından birində müəllimə asılmış vəziyyətdə tapılıb. Bu Los Ancelesdən 56 kilometr uzaqda yerləşən El Dorado orta məktəbinin 31 yaşlı fotoqrafiya müəllimi Jillian Jacobsondur.

Bazar ertəsi günü sinfə girən şagirdlər onu ölmüş görüblər. Polis və xilasedicilər bunun intihar olduğunu deyiblər.
Polislər deyib ki, hələ istintaq gedir, amma hər şey bunun intihar olduğunu deyir. Ailəli olan Jacobson sinif otağında heç bir qeyd-filan yazıb qoymayıb.
Bazar ertəsi sinif otağına girmək istəyən şagirdlər qapını bağlı görüblər, qapı açılanda isə müəllimi asılmış halda görüblər.

Tibb işçiləri onun həyata qaytara bilməyiblər.
Şagirdlər evə buraxılıb. Şagirdlərin bəziləri Tvviter səhifələrində müəllimin ölümünə təəssfüləndiklərini yazıblar. “Yerin cənnət olsun! Səni heç vaxt unutmayacağıq.” – 17 yaşlı bir tələbə səhifəsində belə yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600