!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaret qaçaqmalçılığına cəhdin qarşısı alındı

!Reklam – Yazi

Gömrükçülər tərəfindən xeyli miqdarda tütün məmulatının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib. Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14000 ədəd aksiz markası olmayan siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv