!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirməmməd Hüseynovla vida mərasimi keçirildi - FOTO/VİDEO

!Reklam – Yazi

Dünən 94 yaşında vəfat edən Şirməmməd Hüseynovla Bakı Dövlət Universitetində vida mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

Mərasimdə mərhumun ailə üzvləri, həmçinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezidentin köməkçiləri Fuad Ələsgərov və Əli Həsənov, birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Ombudsman Elmira Süleymanova, mədəniyyət naziri Əbülfəz Qarayev, vergilər naziri Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BDU-nun rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, alimin tələbələri, ictimaiyyət nümayəndələri ediblər.

Qeyd edək ki, Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Aqil Bəkir

www.yenicag.az

3344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv