Şirvanda avtomobil qəzası baş verdi
Şirvan şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə şəhərin 1 may küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Quliyev Abas Sərxoş oğlunun idarə etdiyi “Lada Priora” markalı 10 PS 852 dövlət nömrə nişanlı avtomobil “Prado” markalı avtomobillə toqquşub. Nəticədə “Prado” markalı avtomobildə olan 1964-cü il təvəllüdlü Xudiyev Mikayıl Məsləhət oğlu, “Lada Priora” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarayev Elxan Azad oğlu müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına aparılıb. Onlar ambulator yardım alındıqdan sonra evə buraxılıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.