Şirvanda baş verən qətlin təfərrüatları
Gəlin Balakişiyeva Sevinc Məmməd qızı Xocavənd rayonunda anadan olub.
Bir neçə ay öncə Araz Kişiyevin oğlu Bakıda qızla evlənib rayona gətirib. Ailəsi isə bununla razı olmayıb. Bu müddət ərzində evdə daim mübahisələr olub. Oğlunun Sevinc Məmmədova ilə evlənməsinə razı olmayan ata sonda gəlinin boğaz nahiyəsindən kəsib. Sonra isə özü intihar edib.
Sevinc Məmmədovanın rəsmi nikahı olub. Beş-altı ay öncə evlənib, uşağı yoxdur.
***
Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə ilə bağlı gəlinin yoldaşı saxlanılıb. Hazırda o, Şirvan şəhər Polis İdarəsində dindirilir.
***
Kişiyev Elmir həyat yoldaşından 12 yaş kiçikdir. O, 1988-ci il, mərhum xanımı isə 1976-cı ildir.