Şirvanda toyda faciə: Rəqs edən şəxs qəfildən öldü

Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.