!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sivas Cümhuriyyət Universitetindən şəhid ailələri və qazilər üçün təhsil imkanı

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Sivas Cümhuriyyət Universiteti Qarabağ müharibəsi şəhidlərinin övladları və qazilər üçün 2021-2022-ci tədris ilində 50 nəfərlik yer ayırıb.

Yenicag.az xəbər verir ki, həyata keçirilən layihə çərçivəsində şəhid övladları və qazilər üçün Sivas Cümhuriyyət Universitetinə imtahansız qəbul, təqaüd və ödənişsiz yataqxana imkanları tanınacaq.

Daha ətraflı məlumat üçün 055 – 211 – 37 – 97 telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz.

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv