Siyasi şərhçi: “Müharibənin dayanması Trampın deyil, İranın şərtlərinə bağlıdır"

media-hightechnic-468x90

 

media-banner_tuq

“Müharibənin davamı Trampın impiçmentinə səbəb ola bilər”

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.

Siyasi şərhçi ABŞ və İranın İslamabad danışıqlarından imtina etməsinin səbəblərini mövcud geosiyasi reallıqlara uyğun şəkildə izah edib:

“Real mənzərə ondan ibarətdir ki, hər iki tərəf dialoqun davam etməsində maraqlı görünür. Lakin hazırkı məqamda Tehran hesab edir ki, danışıqlar masasına indi oturmaq ABŞ-ın üstünlüyünü qəbul etmək deməkdir. Çünki ABŞ Hörmüz boğazını blokadaya alaraq öz dominantlığını nümayiş etdirməyə çalışır. İran isə blokadanın tamamilə qaldırılmasını ilkin şərt kimi irəli sürür. Rəsmi Tehran bu vəziyyətdə danışıqlar masasına qatılmağın onlar üçün müsbət nəticə verməyəcəyini düşünərək, bütün riskləri nəzərə alıb İslamabada getməkdən imtina etdi.

Aydındır ki, hər iki tərəf masada maksimum güzəştlər əldə etməyə çalışır və İran da maksimalist yanaşmalara üstünlük verir. Digər tərəfdən, İsrailin ABŞ üzərindəki təsir imkanlarını və müharibənin davamında maraqlı olduğunu nəzərə alsaq, vəziyyətin kifayət qədər mürəkkəb olduğu görünür. Paralel olaraq, tərəflərin müharibədəki itkilərini bərpa etməyə çalışdıqlarını müşahidə edirik: həm ABŞ, həm də İran canlı qüvvə və silah-sursat ehtiyatlarını artırır. Qarşılıqlı etimadsızlıq məsələni tərəflər üçün hələ də qeyri-müəyyən saxlayır.”

Əli Zülfüqaroğlu qeyd edib ki, müharibənin uzanması Tramp administrasiyası üçün daxili siyasi böhran vəd edir:

“ABŞ hökuməti müharibənin davam etməsində əslində maraqlı deyil. Qarşıda ara seçkilər var və müharibə əleyhdarı olan seçicilər kifayət qədər çoxdur. Müharibənin davam etməsi yanacağın bahalaşmasına və inflyasiyanın artmasına səbəb ola bilər ki, bu da Trampın impiçmenti ilə nəticələnə bilər.

Buna görə də Vaşinqton müharibəni öz şərtləri daxilində bitirməyə çalışır. İran isə Amerikanın düşdüyü bu sıxıntılı durumdan istifadə edərək, öz şərtlərini qəbul etdirmək və bunu daxili auditoriyaya ‘qələbə’ kimi təqdim etmək niyyətindədir. Danışıqların davam etməsi müsbət tendensiya olsa da, hələ də ciddi risklər qalmaqdadır və tərəflər siyasətlərini məhz bu gərgin şəraitə uyğun qururlar.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05