Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Siyavuş Novruzov: “Mediamızın düşüncə tərzi dəyişməlidir”

Reklam: Sinerji Pro

“Cəmiyyətdə dəyişiklik hərtərəfli getməlidir. Bütün sahələrdə, həmçinin mediada da dəyişiklik olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki, islahatlar hər yerdə davam etdirilməlidir:

“Bu proseslər hələ 2018-ci ildə keçirilmiş Prezident seçkilərindən sonra başladılıb. Hesab edirəm ki, bu islahatlar ayrı-ayrı strukturlarda aparılmalıdır”.

S.Novruzov Azərbaycan mediasında islahatların aparılması ilə bağlı YAP-ın təkliflərini də açıqlayıb:

“Media dövrün tələblərinə uyğun olaraq, zaman-zaman yenilənməlidir. Mediada islahatları zəruri edən əsas məsələ onun oxunub-oxunmaması ilə bağlıdır. Əgər bu gün media cəmiyyətin tələblərini özündə əks etdirə bilirsə, bu cəmiyyət üçün maraqlıdır. Yox, əsk etdirə bilmirsə, deməli maraqlı deyil. Bu baxımdan da bu kimi məsələlər tədricən öz həllini tapacaq. Vaxtilə hamı gedib qəzet alırdı, amma indi qəzet alan yoxdur, əksər insanlar məlumatları operativ şəkildə internetdən izləyirlər. Buna görə də mediamızda düşüncə tərzi və yanaşma dəyişilməlidir, söyüş nümayəndələri mediadan tam uzaqlaşdırılmalıdır”.

Deputat indi KİVDF-nin fəaliyyətində islahatlara ehtiyac olub-olmaması məsələsinə də toxunub:

“Mən yenə deyirəm ki, əgər islahatlar başlayıbsa, bu hərtərəfli olmalıdır, bütün sahələri əhatə etməlidir. Birtərəfli islahat olmaz. Çünki islahat yeni düşüncə və inkişafdır. Ona görə məndə bu islahatları dəstəkləyirəm”.

Müxalifətin də yenilənməsinə ehtiyac olduğunu vurğulayan S.Novruzov bu sahədə də ciddi dəyişikliklərin zəruri olduğunu söyləyib:

“Müxalifətin özündə də dəyişiklik olmalıdır. Neçə illərdir ki, eyni anti-milli qüvvələr “müxalifət” adı altında dövlətə xəyanət edirlər. Onlar neçə illərdir ki, eyni adamlardır və köhnəlmiş fikirlər irəli sürürlər. Hesab edirəm ki, bu sahədə də islahatlar getməlidir”.

Xatırladaq ki, son günlər Milli Məclisin bir sıra deputatları, Azərbaycanın tanınmış media nümayəndələri və ziyalılar ölkə Prezidenti tərəfindən başladılan islahatların media sahəsini də əhatə etməsi ilə bağlı çağırışlar edir.

www.yenicag.az

998