!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyəzəndə “07” aşdı-Ana öldü

!Reklam – Yazi

скачанные файлыBu gün Siyəzəndə bir nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində, Siyəzən rayonun Sədan kəndi ərazisində qeydə alınıb.

Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Manafov Cəmşid Qərib oğlunun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetməni itirərək aşıb. Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Əliyeva Gülnarə Əlirza qızı hadisə yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü C. Manafov, həlak olan qadının övladları – 1994-cü il təvəllüdlü Əliyeva Gülər Mərdan qızı və 1996-cı il təvəllüdlü Əliyev Orxan Mərdan oğlu xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Tibb müəssisəsindən verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır(APA).

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv