Siyəzəndə iki yük maşını toqquşub

media-hightechnic-468x90

images (1)Bu gün səhər saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 95-ci kilometrlyində, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “DAF” və “Shagman” markalı yük maşınlarının toqquşması nəticəsində “Shagman”nın sürücüsü Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, 1984-cü il təvəllüdlü Hüseynov Urman Qərib oğlu müxtəlif bədən xəsarətləri alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa