Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yenicag.az xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tatar İlham Əliyevə aşağıdakı cümlələrlə təşəkkür edib:
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatı toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycandakı tədbirlərdə dalğalanacağını açıqlamasından məmnuniyyət duydum.
Azərbaycan ilə aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz parçası olaraq münasibətimizin get-gedə artması ən böyük təmənnamdır.
Cənab Prezident Əliyevə açıqlamasına görə təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın sonsuza qədər davam etməsini temənna edirəm”.
www.yenicag.az