“Slavyanka” su brendindən NARAZILIQ – “Sudan iy gəlir, qabları yosun bağlayıb” – FOTO

media-hightechnic-468x90

 

“Slavyanka” su brendindən qablaşdırılmış su alan müştərilər narazıdır. Şirkət müştərilərə yaşıllaşmış, qablaşdırması yosunlaşmış su satır.

Yenicag.az xəbər verir ki, belə iddialarla müştərilər çıxış edib. Şikayətçi Faxa adlı şəxs bildirib ki, aldığı “Slavyanka” suyu 2 gün sonra yaşıllaşıb:

“2 gündən sonra su bu hala düşüb. “Slavyanka”nın qaynar xəttinə zəng vurub bildirdim ki, sizin suyunuz yaşıllaşıb. Mənə deyirlər, suyu günəş altına qoymusuz, ona görə belə olub. Halbuki su evin içində olub. Özlərinin savadı yoxdur, camaatı da savadsız yerə qoyublar”.

Ançaq şikayətlər bununla bitmir. Şikayətçi Sevinc Quliyeva da bildirib ki, o da əvvəllər bu sudan istifadə edib və çox pis iy gəldiyini görəndən sonra imtina edib.

Kamilə Əlizadə də bildirib ki, sonuncu dəfə “Slavyanka” alanda qabın dibində yosunlar əmələ gəldiyini görüb.

Ramil adlı şikayətçi isə bildirib ki, firma özü qablaşdırılmış suları günəşin altında saxladığı üçün su belə yaşıllaşır:
“Sonra da özləri günün altından götürüb müştəriyə aparırlar”.

Teymur Əliyev isə bildirib ki, son vaxtlar “Slavyanka” içdikdə mədədə narahatlıq, köp əmələ gəlir.

Müştərilərin şikayətini nəzərə alaraq qarşı tərəfi də dinləməyə hazırıq./Tribunainfo.az/

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa