“Sui-qəsd mənim səhhətimə ciddi ziyan vurdu”.
Yeniçağ az xəbər verir ki, bunu mətbuata açıqlamasında Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm” dedi.
İyunun 3-də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, payıza qədər Robert Fitsonun tam sağalması barədə danışmaq mümkün olacaq.
Kalinyak onu da bildirib ki, Fitso evdə tibbi reabilitasiya keçir.
Slovakiyanın baş nazirini güllələyən yazıçı Juraj Tsintula hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.
Robert Fitsoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir hökumətin iclasından sonra küçədə tərəfdarları ilə danışıb. Tsintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədə nahiyəsindən yaralanan Fitso helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb./Apa/