!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Smartfonlara maraq artıb

!Reklam – Yazi

3138732014-cü ilin üçüncü rübündə dünyada smartfonların satışı 20 faiz artaraq 301 milyon qurğuya çatıb. Bu barədə Gartner analitik şirkətinin məlumatında deyilir.

Rübün yekunlarına görə, smartfonların satışı üzrə lider 24,4 faizlik bazar payı ilə Cənubi Koreyanın Samsung istehsalçısı olub, lakin ilin ilə nisbətində şirkətin qurğularının satış həcmi 8,89 faizdən 73,2 milyon qurğuyadək azalıb.

ABŞ-ın Apple şirkəti satışı 25,9 faizdən 38,1 milyon iPhone modelinədək genişləndirərək payını 12,7 faizə çatdırıb.

Çin şirkətləri də satışda artım nümayiş etdiriblər.

Belə ki, Huawei satışı 36,6 faizdən 15,9 milyon smartfonadək artıraraq bazarda 5,3 faizlik paya sahib çıxıb. Xiaomi şirkəti smartfonların satışını 336 faiz artırıb və göstəricisi 15,77 milyon qurğu təşkil etməklə bazar payı 5,2 faizə bərabər olub. Lenovo şirkətinin smartfonlar bazarında payı 5 faizdir. Şirkət satış həcmini 16,5 faiz – 15 milyon qurğuyadək yüksəldib.

Məlumat üçün bildirək ki, 1979-cu ildə yaradılan Gartner analitik şirkəti informasiya texnologiyaları (İT) bazarının tədqiqində ixtisaslaşıb.

(milli.az)

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv