!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK HADİSƏ: 7 yaşlı uşağın ağzından 526 diş çıxarıldı – FOTO

!Reklam – Yazi

Hindistanda baş verən hadisədə uzun müddətdir çənəsində şişlik və ağrıdan şikayət edən 7 yaşlı uşağın ağzından 526 diş çıxarılıb.

Yenicag.az xəbər verir ki, uşağın çənəsindən 200 qram ağırlığında və yüzlərlə miniatür dişin olduğu kütlənin çıxarıldığı açıqlanıb. Çıxarıldıqdan sonra həkimlər qrupuna dişləri saymaq və yoxlamaq 5 saat çəkib.

“Çıxardığımız dişlər istiridyədəki mirvarilərə bənzəyirdi”, – deyə həkimlərdən biri bildirib.

Xəstəxanadan verilən açıqlamada uşağın şəxsiyyəti barədə məlumat yer almayıb. Uşaq üç gündən sonra evə buraxılıb.

Xəstəxanadan verilən məlumata görə, ölçüləri 1 mm-dən 15 mm-ə qədər olan hər bir dişdə mina ilə örtülmüş və kökə bənzər quruluşa malik tac tapılıb.

Cərrahlar odontoma kimi tanınan zədənin genetik və ya ətraf mühit faktorları ilə bağlı ola biləcəyini bildiriblər.

Odontomalar adətən həyatlarının ilk iki onilliyində insanlarda aşkar edilsə də, Milli Biotexnologiya Məlumat Mərkəzinə görə, hər yaşda baş verə bilər.

Xəstəxanadan bildiriblər ki, bu, “tək bir fərddə belə çox sayda kiçik dişin olması ilə bağlı dünyada ilk sənədləşdirilmiş haldır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv