Şokolad dünyada tükənə bilər-Video
Gündəlik istifafə etdiyimiz məhsullardan olan şokolad dünyada tükənə bilər.
“Euronews” kanalında bildirilib ki, bu şirniyyat növü yaxın gələcəkdə insanların qida rasionundan çıxmaq təhlükəsindədir. 2020-ci ilə kimi kakao paxlasına olan tələbin kəskin şəkildə artacağı proqnozlaşdılır. Şokoladın əsas xammalı olan kakao paxlasının qiyməti dünya bazarlarında son 2 ildə 60 faiz bahalaşıb. Beynəlxalq Kakao Təşkilatına görə, bu xammal qıtlığı artıq altı ildir ki, davam edir.
Regionda yaşanan ebola epidemiyası həyəcanı isə kakao fermerlərinin işini daha da çətinləşdirib. Şokoladın vətəni sayılan Cənubi Amerikada bu gün tələb təklifi üstələyir.
Nəticə etibari ilə, ekspertlər belə hesab edir ki, yaxın gələcəkdə əhali şokoladdan imtina etməli olacaq. Belə ki, şokoladın qara kürü kimi çox bahalı delikatesə çevriləcəyi ehtimal edilir.