!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Soliton Mağazalar” və “Neptun Supermarketlər” şəbəkəsindən möhtəşəm tədbir – Şəhid övladları ilə birlikdə / VİDEO

30 ildir uğurla fəaliyyət göstərən “Soliton Group” və ona daxil olan “Soliton Mağazalar” və “Neptun Supermarketlər” şəbəkəsi bu dəfə daha fərqli, önəmli və həssas tədbir ilə fərqlənməyi bacarıb.

Belə ki, “Soliton Group” ailəsi “Başqa Planetə Gedirik” adlı sosial tədbir reallaşdırıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşan möhtəşəm tədbir,maraqlı proqramla yadda qalıb.

Tədbir çərçivəsində 44 günlük Vətən savaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan igidlərimizin övladları, yaxınları, ailə üzvləri xüsusi ayrılmış nəqliyyatla evlərindən götürülərək “Neptun Hipermarket”də təşkil olunan bayram şənliyinə gətiriliblər. Şaxta Baba və Qar qızın iştirakı ilə baş tutan şənlikdə Şəhidlərimizin yadigarlarına maraqlı viktorinalar, proqramlar təşkil edilmiş, müxtəlif hədiyyələr və bağlamalar təqdim edilmişdir.

Aksiyadan hazırlanmış qısa videoçarxı təqdim edirik. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə qısa zamanda şəfa versin. “Soliton Group” ailəsi bir daha dünya azərbaycanlılarını təbrik edir, 2022-ci ildə bol ruzi-bərəkət arzulayır.

www.yenicag.az

174
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100