Şolları Hacı Zeynalabidin Tağıyev çəkdirməyib? – İddia

media-hightechnic-468x90

Haci-Zeynalabdin-Tagiyev-2Dövlət Məmmədov: “Şəhər milyonçularından təkcə Şixəliyev 200 rubl pul verib”

Bir sıra hallarda orta məktəb dərsliklərində heç də reallığı əks etdirməyən məqamlar yer alır. Belə hallara xüsusən də Azərbaycan tarixi və Azərbaycan dili dərsliklərində rast gəlirik.
Bu istiqamətdə mövcud faktlardan birini Yeniçag.az saytına Su İstehsalçıları İctimai Birliyinin sədri Dövlət Məmmədov açıqlayıb. O sənədlərə əsaslanaraq bildirdi ki, səslənən bəzi fikirlərin əksinə olaraq, Bakıya Şollar suyunun çəkilməsində xeyriyyəçi Hacı Zeynaladdin Tağıyevin rolu olmayıb: “Orta məktəblərin V sinifinə aid 2012-ci ildə buraxılan ana dili və 2013-cü ildə nəşr edilən Azərbaycan tarixi kitablarında Azərbaycan xeyriyəçilərindən Hacı Zeynalabdin Tağıyev haqqında məlumatlar yer alıb. Kitabda verilən bu məlumatlarda göstərilir ki, Hacı Zeynalabdin Tağıyev öz vəsaiti hesabına Şollar suyunu Bakıya çəkdirmiş və bu zaman xaricdən mütəxəssislər dəvət edib. Həqiqətdə isə tarixi faktlar bunun əksini sübut edir. Tarixi faktlara söykənsək görərik ki, Şollar suyunun Bakıya çəkdirilməsində H. Z. Tağıyevin heç bir rolu olmayıb. Düzdür, Tağıyev bir mesenant kimi xalqımız üçün çox böyük işlər görüb. Amma həmin suyun Bakıya çəkdirilməsindəTağıyevin adının hallandırılmasına heç bir ehtiyac yoxdur.

XIX əsrin sonu-XX əsrin əvvəllərində şəhərdə sənaye inkişaf etdikcə suya da tələbat artır. Belə olan halda şəhər Duması ətraf ərazilərdən su axtarışı üçün xarici dövlətlərdən mütəxəssislər dəvət edir. Aydın olur ki, Bakı ətrafında, Abşeronda içməli su ehtiyatı istənilən qədər yoxdur. Şəhərə Kür və Samur çaylarından su çəkilişi məsələsi ortaya gəlir. Bunun üçün 1893-cü ildə layihə tutulur. Lakin sonradan baha başa gəldiyindən həmin layihədən imtina edirlər. 1898-ci ildə Odessada su mühəndislərinin qurultayında Bakı şəhərinin nümayəndəsi Smolenski Avropadan tədbirə dəvət olunan görkəmli mütəxəssis Ser Vilyam Lindleylə görüşüb, bildirir ki, Bakı şəhər Duması şəhərə su çəkilişi üçün onu dəvət etmək niyyətindədir. Lindley müəyyən şərtlər daxilində razılıq verir. Lindley gəlməmişdən öncə üç nəfərdən ibarət mütəxəssis qrupunu Bakıya göndərir və onlar Kürdən şəhərə su çəkilişi prosesi ilə tanış olurlar. 1899-cu ildə Bakıya gələn Lindley Kürdən çəkiləcək su kəmərinin baha başa gələcəyini müəyyənləşdirir. Bir sıra axtarışlardan sonra, Lindley yeraltı suların axtarılmasını təklif edir. Bir neçə ildən sonra Lindleyin mütəxəssisləri Qafqaz sıra dağlarında, Quba qəzasında yeraltı suları araşdıraraq, qərara gəlirlər ki, buradakı su bulaq deyil, yeraltı çaydır. Sonra buradan həmin Şollar suyunun çəkilməsi gündəmə gəlir. 1904-cü ildə bu ərazidə nümunə götürmək üçün quyular qazılır və nəticədə müəyyənləşir ki, burada su həddən çoxdur. Onu da deyim ki, şəhərə gündə 6 milyon vedrə həcmində su kəmərinin çəkilməsi qarşıya məqsəd qoyulmuşdu. Lakin 1904-1905-ci illər hadisələri ilə əlaqədar olaraq, şəhərə su çəkilişi məsələsi arxa plana keçir. Bu məsələyə bir də 1909-cu ildə qayıdılır. Bu zaman suyun keçəcəyi ərazilərdə yaşayan ermənilər ona maneə olmaq üçün özlərinə məxsus torpaqları Bakı Şəhər Dumasına satmaqdan imtina etməyə başladılar. Çünki, erməni Saruxanov, Adamyan Volqa çayı vasitəsilə gəmilərdə su gətirməklə külli miqdarda pul qazanırdı. Onlar da buna görə hər vasitə ilə Şollar suyunun çəkilişinə əngəl olmağa çalışırdı. Hətta onlar Lindleyə qarşı hər cür təxribatlar hazırlayırdılar ki, o çıxıb getsin. Lakin Lindley iradəsindən dönməyərək, başladığı işi çətinliklə də olsa başa çatdıra bildi. 1910-1911-ci ildən Şollar suyunun çəkilişinə başlanıldı. Başlanan Birinci Dünya Müharibəsi də suyun çəkilişinin başa çatmasını əngəlləyir. Buna baxmayaraq, əlavə vəsaitlər hesabına 1917-ci ilin yanvarında nəhayət Şollar suyu Bakıya gəlib çatır.

Bu faktları ortaya gətirməklə onu demək istəyirəm ki, tarixdə kimin hansı rol oynadığını dəqiqləşdirərək, düzgün demək lazımdır. H. Z. Tağıyev şəhər duma nümayəndəsi kimi su komissiyasının üzvü olub və şəhərə su lazım olduğunu həmişə gündəmə gətirib. Bununla belə, Tağıyevin Azərbaycan xalqı üçün etdikləri yaxşılıqların rolunu azaltmaq fikrində də deyiləm. Onun xalqımız qarşısında böyük xidmətləri olub. Sadəcə onu demək istəyirəm ki, hər şeyi adı ilə demək lazımdır. Şollar suyunun Bakıya gətirilməsində Şəhər Dumasının böyük rolu olub. Onu da qeyd edim ki, kəmərin çəkilişi zamanı Bakıda su quyusu qazdırmaq üçün şəhər milyonçularından təkcə Şixəliyev 200 rubl pul verib. Başqa milyonçular, o cümlədən Tağıyev isə bu işə pul xərcləməyib. Yerdə qalan vəsait ancaq dövlət xəzinəsindən ayrılıb”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600