Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Somalidə ölən azərbaycanlının FOTOSU

c6fcc94be936e334360839ce8b62e557Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlər olan xidməti avtomobilə hücum ediblər.

Müəllim və şagirdləri daşıyan mikroavtobusa silahlı hücum zamanı həlak olan və xəsarət alan Azərbaycan vətəndaşlarının Göyçay rayon sakinləri olduğu müəyyənləşib.

Hadisə zamanı Göyçayın Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı ölüb, onun iki oğlu – 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.(Apa)

***

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslərin məktəbli avtobusuna hücumu nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub. Hadisə zamanı bir neçə nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

“Biz bu terror aktını qətiyyətlə pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkənin Somalidəki səfirliyinin nəzarəti altındadır. Ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Hadisə martın 30-da axşam saatlarında baş verib.

Moqodişo polisi də insident barədə məlumat yayıb. Məlumata əsasən, naməlum şəxslər içərisində Türkiyə, Azərbaycan və Somali vətəndaşlarının olduğu məktəbli avtobusuna silahlı hücum edib. Hücum nəticəsində bir Türkiyə, bir Azərbaycan və bir Somali vətəndaşı həyatını itirib.

www.yenicag.az

423