Azərbaycanda Rusiya təbliğatının ruporlarından biri olan “Eurasia Daily” onlayn xəbər agentliyinə giriş məhdudlaşdırılıb.
Yenicag.az xəbər verir ki, saytın bağlanmasına səbəb isə Azərbaycanla bağlı qərəzli məlumatların, yazıların yayılmasıdır.
İyunun 30-da adıçəkilən nəşrin saytında Azərbaycanın Qarabağ bölgəsində yerləşən separatçı qurumun “xarici işlər naziri” kimi təqdim edilən Sergey Qazaryanın müsahibəsi dərc olunub. Bu müsahibə Azərbaycan hakimiyyətinin səbrində bardağı daşıran son damla olub.
Xatırladaq ki, bundan əvvəl də eyni səbəbdən Azərbaycanda Rusiyanın “RİA Novosti” xəbər agentliyinin saytına giriş bloklanmışdı.
Qeyd edək ki, Rusiya ermənilərinə məxsus Rusarminfo.ru agentliyi də mütəmadi olaraq Azərbaycana qarşı informasiya müharibəsi aparır.
Ətraflı
Ümumiyyətlə, son illər Rusiyanın informasiya resurslarında Azərbaycan əleyhinə məlumatların həcmi xeyli artıb. Eyni zamanda, Moskvanın fikrincə, Ukraynadakı müharibəni işıqlandırdığına görə Rusiya Federasiyası Azərbaycanın informasiya resurslarına girişi “səhv”ə görə məhdudlaşdırır.
Məlumat üçün deyək ki,Azərbaycanın rus dilli haqqın.az saytının Rusiyada girişi bloklanıb./Oxu24.com/
www.yenicag.az