Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNDİ 2 / VİDEO
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***23:54
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
***23:12
Yasamal rayonunda yerləşən Meşə parkında güclü partlayış baş verib.
Yenicag.az xəbər verir ki, parkda güclü partlayış səsi eşidilib.
Partlayış yanğınla müşahidə edilir. Bildirilir ki, ərazidə pirotexniki vasitələr var və onlar partlamağa davam edir.
Ətrafdakı binalara ziyan dəydiyi qeyd olunur.
Xəbər yenilənəcək…