Bakıda narkotik maddələr satan ata və oğlu saxlanıldı - VİDEO

media-hightechnic-468x90

Bakıda narkotik maddələr satan ata və oğlu saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar. Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600