Cüdoçularımız QÇ-də 6 medal qazandılar

media-hightechnic-468x90

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

Yenicag.az xəbər verir ki, yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.

Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (-50 kiloqram), Rəsul Əlizadə (-55 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kiloqram) gümüş, Gülşən Hüseynova (-44 kiloqram) və Leyla Ələkbərova (-48 kiloqram) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600