Sülh, yoxsa fırtına öncəsi SƏSSİZLİK? – Regional kataklizmin BİR ADDIMLIĞINDA

media-hightechnic-468x90

İranla müharibənin yenidən alovlanması qaçılmaz ola bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Yaxın Şərqdə İsrail və İran arasında yaşanan son hərbi qarşıdurmanın nəticələrini təhlil edən ABŞ-ın nüfuzlu “NPR” nəşrində dərc olunan məqalədə bildirilib.

Təhlildə vurğulanır ki, 2025-ci il iyunun 24-də İsraillə İran arasında baş verən 12 günlük müharibənin ardınca Tehranda elan edilən atəşkəsə baxmayaraq, regionda vəziyyət qeyri-sabit olaraq qalır.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp NATO sammitində çıxışı zamanı İrana qarşı endirilən hava zərbələrinin bu ölkənin nüvə proqramını “məhv etdiyini” iddia etsə də, ekspertlər bu açıqlamanı həddindən artıq nikbin yanaşma kimi dəyərləndirirlər. Tramp hərçənd İranla danışıqlara açıq olduğunu bəyan edib, ancaq mümkün razılaşmanın zəruriliyini şübhə altına alıb.

Bununla belə, region üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər uzunmüddətli və davamlı siyasi strategiya hazırlanmasa, yaxın gələcəkdə müharibənin yenidən baş verməsi ehtimalı yüksəkdir.

Ekspertlərin fikrincə, İranın nüvə infrastrukturuna edilən son zərbələr bu ölkənin nüvə proqramını tamamilə dayandırmaq üçün yetərli deyil. Əksinə, belə hücumlar Tehranın nüvə silahı hazırlamağa daha ciddi şəkildə meyillənməsinə səbəb ola bilər. ABŞ və İsrailin birgə hərbi əməliyyatlarından sonra İran rəsmiləri nüvə fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər.

Beynəlxalq müşahidəçilər isə hazırda İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada saxlandığına dair sualların açıq qaldığını, üstəlik, bəzi nüvə obyektlərinin hücumdan əvvəl boşaldıldığına dair şübhələrin mövcud olduğunu vurğulayırlar. Bu isə vəziyyəti daha da qeyri-müəyyən edir.

Məqalədə danışıqların bərpa edilməsinin zəruriliyi qeyd olunaraq, bu prosesin həm texniki, həm də diplomatik baxımdan çətin keçəcəyi bildirilir. Əgər dialoq yenidən başlayarsa, onun uğurla nəticələnməsi üçün hər iki tərəfdə siyasi iradənin və peşəkar diplomatik komandanın olması əsas şərt kimi göstərilir.

Xatırladılır ki, 2015-ci ildə ABŞ-nin sabiq prezidenti Barak Obama dövründə imzalanan nüvə sazişi müəyyən imkanlar yaratmışdı. Lakin bu gün İranın beynəlxalq nəzarət mexanizmlərindən geri çəkilməsi danışıqların çətinləşməsinə səbəb olur.

Avropa Xarici Əlaqələr Şurasının eksperti Elli Geranmayeh yaranmış durumu “Rubik kubunu gözləri bağlı yığmaq” kimi təsvir edir. Onun fikrincə, bu qədər mürəkkəb və gərgin geosiyasi mühitdə yalnız düşünülmüş və məqsədyönlü diplomatik dialoq regionda sabitlik üçün real çıxış yolu sayıla bilər.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600